Gürcüstan-Azərbaycan sərhədindəki gömrük məntəqələri xüsusi rejimə keçdi

gurcustan-azerbaycan-serhedindeki-gomruk-menteqeleri-xususi-rejime-kecdi
Oxunma sayı: 6984

Gürcüstanın gömrük xidməti yüklərin çox olması səbəbindən Azərbaycan, Türkiyə və Ermənistanla sərhəddəki keçid məntəqələrində gömrükçülərin sayını artırıb.

“Qafqazinfo” gürcü mediasına istinadən xəbər verir ki, bu barədə Gürcüstan Gəlirlər Xidməti məlumat yayıb. 

"Regionda yük axınının artması ilə əlaqədar bütün gömrük-keçid məntəqələri xüsusi iş rejiminə keçib. Gömrük prosedurlarının 24 saat rejimində maneəsiz həyata keçirilməsi üçün ölkə ərazisindən keçən bütün məntəqələrdə əməkdaşların sayı artırılıb”, - məlumatda deyilir. 

Bildirilib ki, qonşu dövlətlərin ərazisində infrastruktur yeniləndiyindən və elektron sistem tətbiq olunduğundan sərhəddən yüklərin keçirilməsi növbə əsasında həyata keçirilir ki, bu da Gürcüstandan gedən maşınların sərhəd-keçid məntəqələrindən çıxışını çətinləşdirir.

O da əlavə e3dilib ki, Gürcüstan Türkiyə, Azərbaycan və Ermənistandakı departamentlərlə daim əlaqə saxlayır.
Hazırda Türkiyə Gürcüstanla sərhəddə yerləşən Vale keçid məntəqəsində işlər aparır, bununla əlaqədar olaraq bu hissədə yüklərin keçidi müvəqqəti olaraq dayandırılıb. Bundan başqa, Rusiyanın “Verxniy Lars” keçid məntəqəsində də keçid məntəqəsinin genişləndirilməsi istiqamətində işlər aparılır.

Vale keçid məntəqəsi Gürcüstan-Türkiyə sərhədindəki üç keçid məntəqəsindən biridir, “Yuxarı Lars” isə Rusiya ilə Gürcüstan arasında yeganə sərhəd keçid məntəqəsidir.