Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın tərkibi yenilənib

gurcustan-azerbaycan-serhedinin-delimitasiyasi-uzre-komissiyanin-terkibi-yenilenib
Oxunma sayı: 737

Rəsmi Tbilisi Gürcüstan-Azərbaycan sərhədinin Delimitasiya-Demarkasiya Komissiyasının tərkibini yeniləyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Davit Zalkaliani XİN-in fəaliyyətinə dair illik hesabatın təqdimatı zamanı bildirib. Onun sözlərinə görə, Gürcüstan-Azərbaycan sərhədinin Delimitasiya-Demarkasiya Komissiyasının işi gələn il prioritet məsələlərdən biri olacaq.

“Azərbaycanla sərhədin demarkasiya-delimitasiya məsələsi diqqət mərkəzində idi, burada Gürcüstan tərəfindən yeni sənədlər tapılaraq müvafiq komissiya çərçivəsində Azərbaycan tərəfinə təhvil verilib. Komissiyanın tərkibini tamamilə yeniləmişik. Bu məsələ gələn il prioritet istiqamətlərdən biri olacaq”,- deyə Zalkaliani qeyd edib.