Gürcüstan Baş naziri istefa verdi - Yenilənib

gurcustan-bas-naziri-istefa-verdi
Oxunma sayı: 2388

Gürcüstan Baş naziri Giorgi Qaxariya istefa verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, bu gün keçirdiyi brifinqdə məlumat verib.

Hökümət rəhbəri ölkədəki siyasi böhran fonunda istefa qərarını aldığını açıqlayıb.

***

“Vəzifəmdən ayrılmaq qərarı verdim. Əlbəttə ki, bu addımın ölkəmizdəki qütbləşmənin azalmasına kömək edəcəyinə inanıram və inanmaq istəyirəm. Çünki əminəm ki, aramızdakı qütbləşmə və qarşıdurma ölkəmizin gələcəyi, iqtisadi inkişafı və ola biləcək hər cür böhran üçün ən böyük riskdir”,- deyə Qaxariya bildirib.

***

Eyni zamanda, Baş nazir istefasının səbəbinin “Vahid Milli Hərəkat” partiyasının lideri Nika Meliyanın həbs edilməsinə dair məhkəmə qərarının icrası ilə bağlı hakim partiya ilə fikir ayrılığı olduğunu qeyd edib.

Qaxariyanın istefasının ardından Gürcüstan hökumətinin də istefaya getdiyi açıqlanıb.

Qeyd edək ki, G. Qaxariya 2019-cu ilin 9 sentyabrından ölkənin Baş naziri vəzifəsinin icra edirdi.