Gürcüstan Baş naziri özünə müavinlər təyin etdi

gurcustan-bas-naziri-ozune-muavinler-teyin-etdi
Oxunma sayı: 1246

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili özünə yeni müavinlər təyin edib.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, mədəniyyət, idman və gənclər naziri Teya Çulukiani və ətraf mühit və kənd təsərrüfatı naziri Levan Davitaşvili Baş nazirin müavini təyin olunublar.

Qeyd edək ki, Baş nazirin müavini vəzifəsini bu günə qədər yalnızca xarici işlər naziri David Zalkaliani tuturdu.