Gürcüstan baş nazirinin Azərbaycana səfəri başa çatdı

gurcustan-bas-nazirinin-azerbaycana-seferi-basa-catdi
Oxunma sayı: 2284

Gürcüstanın baş naziri Mamuka Baxtadzenin Azərbaycana səfəri avqustun 30-da başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

M. Baxtadzeni hava limanında Azərbaycan baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.