Gürcüstan beynəlxalq aviareyslərə məhdudiyyətlərin müddətini uzatdı

gurcustan-beynelxalq-aviareyslere-mehdudiyyetlerin-muddetini-uzatdi
Oxunma sayı: 1938

Gürcüstan hakimiyyəti beynəlxalq müntəzəm hava əlaqəsinin məhdudlaşdırılmasını bu il sentyabrın 30-dək uzadıb. “Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən bildirir ki, bu barədə ölkənin Mülki Aviasiya Agentliyinin məlumatında deyilir.

Məhdudiyyət Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanı ilə aşağıdakı aeroportlar arasında həyata keçirilən birbaşa beynəlxalq reyslərə şamil edilmir: Münhen (Almaniya), Paris (Fransa) və Riqa (Latviya).

“Gürcüstanda və sadalanan ölkələrdə epidemioloji vəziyyət kəskinləşməsə, “Lufthansa”, “AirFrance” və “airBaltic” aviaşirkətləri müəyyən edilmiş qrafikə uyğun olaraq müntəzəm reysləri yerinə yetirməyə davam edəcəklər”, - məlumatda qeyd olunur.

Digər istiqamətlər üzrə müntəzəm hava əlaqəsinin mərhələli şəkildə bərpası ilə bağlı qərar epidemioloji vəziyyət nəzərə alınmaqla qəbul ediləcək.

"Biz bir daha vətəndaşları və sərnişinləri təsdiqlənməmiş istiqamətlərə/reyslərə bilet almaqdan çəkinməyə çağırırıq", - deyə məlumatda qeyd olunur.