Gürcüstan da Çindəki vətəndaşlarını təxliyyə edir

gurcustan-da-cindeki-vetendaslarini-texliyye-edir
Oxunma sayı: 912

Gürcüstan da Çindəki vətəndaşlarını təxliyyə edir.

“Qafqazinfo” Gürcüstan mediasına istinadən xəbər verir ki, Çindən 34 nəfər Gürcüstan vətəndaşı ölkələrinə qayıdacaq. Bu barədə Səhiyyə nazirinin müavini Tamar Qabuniya bildirib.

Onun sözlərinə görə, 34 nəfərin heç birində koronavirus əlaməti yoxdur. Bununla belə, onlar təhlükəsizlik tədbiri məqsədilə hava limanında təkrar müayinə olunacaq və karantində saxlanılacaqlar.