Gürcüstan deputat qardaşları Rusiyaya ekstradisiya etdi

Gürcüstan deputat qardaşları Rusiyaya ekstradisiya etdi
Oxunma sayı: 1136

Dələduzluq faktı üzrə İnterpol xətti ilə axtarışda olan və Gürcüstanda həbs edilmiş Vladimir və Aleksandr Qluşkov qardaşları Rusiyaya ekstradisiya olunublar.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Ədliyyə Nazirliyi məlumat yayıb. Nijeqorodlu deputatlar dekabrın 5-də ölkələrinə göndəriliblər.

Qeyd edək ki, Qluşkovlar Balaxna şəhərində avtostansiyanın rekonstruksiyası zamanı rüşvət alma və dələduzluqda ittiham olunurlar. Onlar haqqında 2018-ci il martın 22-də cinayət işi açılıb. Vladimir Qluşkov Balaxna rayonunun, Aleksandr Qluşkov isə Nijeqorod vilayətinin qanunverici məclisinin üzvüdür. Yoxlamalar zamanı istintaq orqanlarından gizlənən qardaşlar İnterpol xətti ilə axtarışda olublar.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi