Gürcüstan daxili işlər naziri Vaxtanq Qomelauri koronavirusa qarşı vaksin vurdurub.
“Qafqazinfo”nun “Sputnik Gürcüstan”a istinadən verdiyi məlumata görə, DİN rəhbəri Çinə məxsus “Sinopharm” preparatı ilə peyvəndlənib.
Onunla birlikdə nazirliyin əməkdaşları da peyvənd ediliblər.
Qeyd olunur ki, Qomelauri ilə yanaşı, hökumətin digər üzvü- maliyyə naziri Laşa Xutsişvili də bu gün koronavirusa qarşı peyvənd olunacaq.
Xatırladaq ki, Gürcüstanda koronavirusa qarşı peyvəndləmə martın 15-də başlayıb. Son məlumatlara görə, ölkədə 47 min 949 nəfər vaksin vurdurub.