Gürcüstan hökuməti koronavirus infeksiyasının yayılması fonunda 24 saatlıq fövqəladə iş rejiminə keçir.
“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Georgi Qaxariya açıqlama yayıb. O, vətəndaşları yaşlılara, uşaqlara və bir-birlərinə qayğı göstərməyə, həmçinin mümkün olduqca distant iş rejiminə keçməyə çağırıb.
Qeyd edək ki, Gürcüstanda 24 nəfərdə koronavirus aşkarlanıb. Məktəblər və uşaq bağçaları aprelin 1-dək bağlanıb.
Son xəbərlər
Son Xəbərlər