Gürcüstan DTX-sı Tbilisinin mərkəzində xüsusi əməliyyat keçirdi

gurcustan-dtx-si-tbilisinin-merkezinde-xususi-emeliyyat-kecirdi
Oxunma sayı: 4242

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) paytaxt Tbilisinin Saburtalinsk rayonunda xüsusi əməliyyat keçirib. “Qafqazinfo” bildirir ki, bu barədə ölkənin İctimai Televiziyası xəbər verib.

Qurumun əməkdaşları bu dəqiqələrdə Kavtaradze küçəsində yerləşən “Dream Town” yaşayış kompleksinin ərazisinə səfərbər olunublar.

Təsdiqlənməmiş məlumatlara əsasən, xüsusi əməliyyat nəticəsində bu rayonda kirayə yaşayan bir nəfər saxlanılıb.

DTX-də xüsusi əməliyyatın keçirilməsi barədə faktı təsdiqləyiblər.