Gürcüstan futbolunun əfsanəsi vəfat etdi

gurcustan-futbolunun-efsanesi-vefat-etdi
Oxunma sayı: 658

ANS PRESS-in Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, futbolçu 55 yaşında Tiflis şəhərində dünyasını dəyişib.

Qeyd eək ki, Ramaz Şenqeliya karyerası ərzində "Torpedo" (Kutaisi), "Dinamo" (Tiflis), "Ester" (Vekşe) və "Holsmund" klublarının şərəfini qoruyub.

Hücumçu SSRİ çempionatlarında 283 oyun keçirib, 120 qol vurub. O, 1978-ci il SSRİ çempionu, 1979-cu ildə SSRİ kubokunun sahibi, 1981-ci ildə Kuboklar Kubokunun qalibi olub.
Şenqeliya 1978 və 1981-ci illərdə SSRİ-nin ən yaxşı futbolçusu seçilib.