Gürcüstan GUAM-a sədrliyi Moldovaya təhvil verdi

Gürcüstan GUAM-a sədrliyi Moldovaya təhvil verdi
Oxunma sayı: 990

GUAM Xarici İşlər Nazirləri Şurasının 38-ci iclasında Gürcüstan sədrliyi 2022-ci ilin yanvarından təşkilata rəhbərlik edəcək Moldovaya təhvil verib.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, Gürcüstanın xarici işlər naziri David Zalkalianinin sədrliyi ilə keçirilən görüşdə 2021-ci ilin yekunları müzakirə edilib. Tərəflər təşkilatın gündəliyində duran əsas məsələləri, o cümlədən perspektiv mövzuları nəzərdən keçiriblər. 

Qeyd edək ki, GUAM 1997-ci ildə Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova tərəfindən yaradılmış regional təşkilatdır. Təşkilatın adı üzv ölkələrin adlarının ilk hərflərindən formalaşıb.