Gürcüstan hava məkanını bağladı

gurcustan-hava-mekanini-bagladi
Oxunma sayı: 1635

Gürcüstan koronavirusla mübarizə üçün hava məkanını bağlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə hökümət nümayəndəsi İrakli Çikovani brifinq keçirirərək məlumat verib. O bildirib ki, Gürcüstan virusun yayılmasının qarşısını almaq üçün bütün istiqamətlərə uçuşları sabahdan dayandıracaq. Yalnız Gürcüstan hava yolları vasitəsilə Gürcüstan hökumətinə aid olan uçuşlar həyata keçiriləcək. Ölkəyə gətirilən hər bir şəxs karantinə alınacaq.

Hazırda Gürcüstanda 43 nəfər koronavirusa yoluxub.