Gürcüstan İrana gediş-gəlişi məhdudlaşdırdı

gurcustan-irana-gedis-gelisi-mehdudlasdirdi
Oxunma sayı: 1177

Gürcüstan hökuməti koronavirusun yayılması səbəbindən İrana gediş-gəlişi məhdudlaşdırmaq qərarına gəlib. “Qafqazinfo”nun "Sputnik Gürcüstan"a istinadən məlumatına görə, bunu Gürcüstanın Səhiyyə naziri Yekaterina Tikaridze çərşənbə günü keçirdiyi brifinq zamanı açıqlayıb.

“Gürcüstanın Baş Naziri ilə görüşdə qərar qəbul olundu: bizim İranla sərhədimiz yoxdur, lakin iki həftə ərzində İran vətəndaşları üçün gediş-gəliş məhdudlaşdırılacaq. Gediş-gəliş, həmçinin İrandan gələn Gürcüstan vətəndaşları üçün də məhdudlaşdırılıb”, - Tikaridze deyib.

Qeyd edək ki, ötən gün Gürcüstanda koronavirusa ilk yoluxma faktı qeydə alınıb. Həmin şəxs - bu günlərdə İrandan qayıdan 50 yaşlı Gürcüstan vətəndaşıdır. O, Gürcüstana Azərbaycandan keçib.

Xatırladaq ki, daha əvvəl Gürcüstan hava nəqliyyatı ilə İran və Çindən sərnişin axınını müvəqqəti dayandırdığını açıqlamışdı.