Bu gün Gürcüstanda kütləvi vaksinasiyaya başlanılıb. Peyvəndləmə proqramına daxil olan bütün tibb məntəqələri səhərdən etibarən pasiyentlərin qəbuluna başlayıb.
“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, ölkə 2 iyul tarixində Çinin koronavirusa qarşı “Sinopharm” və “Sinovac” vaksinlərini alıb.
Bir aydan sonra əlavə olaraq bu vaksinlərin 500 min dozası da ölkəyə gətiriləcək. Gürcüstan rəhbərliyi gündə 20-25 min nəfəri peyvənd etməyi nəzərdə tutur.
İyulda ölkəyə “Pfizer vaksini də gətirilməlidir. Beləliklə, Gürcüstan ilin sonuna qədər koronavirusa qarşı 4 milyon dozaya qədər vaksinə sahib olacaq.
Son xəbərlər
Son Xəbərlər