Gürcüstan məhkəməsi Azərbaycan vətəndaşı barədə 27 il həbs verdi

gurcustan-mehkemesi-azerbaycan-vetendasi-barede-27-il-hebs-verdi
Oxunma sayı: 1083

“Qafqazinfo”nun Gürcüstan saytına istinadən verdiyi xəbərə görə, məhkəmə 54 yaşlı azərbaycanlı Amin Yaqubovu böyük həcmdə narkotiklərin saxlanmasında və Gürcüstana qanunsuz idxalında günahkar bilib. Cinayət işinin materiallarına əsasən, Yaqubov 2011-ci ilin iyunun 19-da Azərbaycan-Gürcüstan sərhədində Qırmızı körpü vasitəsilə qonşu ölkəyə 2 kiloqrama yaxın heroin keçirib. O, elə həmin gün Tiflisdəki mənzilində saxlanılıb. Məhkəmə iclasının gedişində Azərbaycan vətəndaşı ona qarşı irəli sürülmüş ittihamlarla bağlı özünü günahkar hesab etməyib. Lakin məhkəmə aparılan istintaqın nəticələrinə əsaslanaraq onu günahkar hesab edib və Yaqubovun 27 il azadlıqdan məhrum edilməsi bağlı qərar qəbul edib.

Səidə