Futbol üzrə Gürcüstan millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib.
"Qafqazinfo" xəbər verir ki, qonşu ölkənin yığması Fransa millisinin sabiq futbolçusu Villi Sanyola tapşırılıb.
Bu barədə Gürcüstanın Futbol Federasiyası məlumat yayıb.
44 yaşlı çalışdırıcı yeni vəzifəsində bu il martın 25-də debüt edəcək. Həmin gün Gürcüstan millisi DÇ-2022-nin seçmə mərhələsində İsveçlə qarşılaşacaq.
Qeyd edək ki, Gürcüstan yığmasının keçmiş baş məşqçisi Vladimir Vayss ötən ilin noyabrında istefa verib.
Son xəbərlər
Son Xəbərlər