Gürcüstan Müdafiə Nazirliyinə aid maşın qəzaya düşüb - 2 ölü, 2 yaralı

gurcustan-mudafie-nazirliyine-aid-masin-qezaya-dusub
Oxunma sayı: 1037

Türkiyəyə aid yük maşını Gürcüstanın Müdafiə Nazirliyinə məxsus maşınla toqquşub.

“Qafqazinfo” “İntefaks”a istinadən xəbər verir ki, olay Tiflis-Senaki-Leselidze magistralında, Aqara kəndi yaxınlığında baş verib. Qəza nəticəsində 2 əsgər ölüb, 2-si isə xəsarət alıb. 

Hadisə ilə əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyi cinayət işi açıb.

Aysel Kərimova