Gürcüstan müxalifəti aksiyalara başladı

gurcustan-muxalifeti-aksiyalara-basladi
Oxunma sayı: 1395

Tbilisinin mərkəzində müxalifət iki genişmiqyaslı aksiya keçirir.

“Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, 20-dən çox müxalif partiya parlament binası qarşısına toplanıb. Respublika meydanında isə “Gürcüstan vətənpərvərləri alyansı” ilə “Gürcü marşı” partiyalarının tərəfdarları aksiyaya başlayıb.

Mitinqçilər 2020-ci ildə parlament seçkilərinin proporsional sistem üzrə keçirilməsi ilə bağlı Konstitusiyaya düzəlişin qəbul edilməməsi ilə bağlı etiraz edirlər.