Gürcüstan müxalifəti impiçment prosedurunu başladır

gurcustan-muxalifeti-impicment-prosedurunu-basladir
Oxunma sayı: 1212

“Gürcüstan müxalifəti impiçment proseduruna başlamağa hazırlaşır”.

“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə “Lelo-Gürcüstan üçün tərəfdaşlıq” franksiyasının rəhbəri Badri Caparidze deyib. 

Fraksiya rəhbərinin sözlərinə görə, “Lelo-Gürcüstan üçün tərəfdaşlıq” fraksiyası parlamentə bir məsələnin nəzərdən keçirilməsi üçün gəlib. Bu məsələ isə impiçment prosedurunun başladılmasıdır.

Hökumətə etimad göstərməmək prosedurunu parlamentin ən az 50 deputatı qaldıra bilər. Bununla belə, təşəbbüskarlar öz Baş nazir namizədlərini təqdim etməlidilər. Bu prosesin başa çatması üçün parlament yeni hökumətə öz etimadını bildirməlidir.

Müxalifətin isə hazırda 66 deputatı var. Bu impiçment prosedurunu başlatmaq üçün kifayət etsə də, yeni hökumətin təsdiq olunması üçün yetərli deyil.

Qeyd edək ki, bu gün KİV və müxalifət nümayəndələri Gürcüstan parlamentinə daxil olub və deputatlarla görüş tələb ediblər. Nəticədə, deputatlarla jurnalistlər arasında dava düşüb.