Gürcüstan parlamenti Azərbaycanla bağlı bu sazişi ratifikasiya etdi

gurcustan-parlamenti-azerbaycanla-bagli-bu-sazisi-ratifikasiya-etdi
Oxunma sayı: 2533

Gürcüstan parlamenti “Gürcüstan hökuməti ilə Azərbaycan hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” sazişi ratifikasiya edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Sazişin müəyyən etdiyi əməkdaşlıq sahələri bunlardır: hərbi təhsil və təlimlər, müdafiə və təhlükəsizlik siyasəti, NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində əməkdaşlıq, hərbi qanunvericilik, hərbi topoqrafiya, hərbi tibb, müdafiə kibertəhlükəsizliyi, sosial, idman və mədəni tədbirlər ”, - deyə müqavilədə bildirilib.

Həmçinin, sənəd tərəflər arasında rəsmi səfərlər və işçi görüşlər, ikitərəfli danışıqlar, məsləhətləşmələr, təcrübə mübadiləsi və digər məsələləri də nəzərdə tutur.