Gürcüstan parlamenti müxalif deputatın həbsinə razılıq verdi

Gürcüstan parlamenti müxalif deputatın həbsinə razılıq verdi
Oxunma sayı: 1111

Gürcüstan parlamenti müxalif Vahid Milli Hərəkat Partiyasının deputatı Nikanor Melinin toxunulmazlığının aradan qaldırılması barədə qərar qəbul edib.

“Qafqazinfo” Gürcüstan mətbuatına istinadən xəbər verir ki, plenar iclasda 91 deputat sözügedən qərarın lehinə səs verib.

Qeyd edək ki, ötən gün Gürcüstanın Baş prokurorluğu Vahid Milli Hərəkat partiyasından olan deputat Nikanor Melinin həbsi barədə qərar qəbul etmişdi. Prokurorluq qərarın həyata keçirilməsi üçün millət vəkilinin toxunulmazlığının və  mandatının ləğv edilməsi haqqında parlamentə müraciət ünvanlamışdı.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi