Gürcüstan parlamentində etirazlar fonunda “qırmızı səviyyə” tətbiq edildi - Video

gurcustan-parlamentinde-etirazlar-fonunda-qirmizi-seviyye-tetbiq-edildi
Oxunma sayı: 2045

Gürcüstan parlamenti “Xarici agentlər haqqında” qanuna etirazlara görə “qırmızı təhlükəsizlik” səviyyəsi tətbiq edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda ölkənin qanunverici orqanı bəyanat yayıb.

“Parlament binasında saat 17:00-dan “qırmızı təhlükəsizlik” səviyyəsi tətbiq edilib. Mayın 14-də Gürcüstan parlamentinə təhlükənin xüsusiyyətləri nəzərə alınaraq parlament aparatının rəhbərinin zəruri hesab etdiyi şəxslər istisna olmaqla heç kim buraxılmayacaq”, - bəyanatında deyilir.