“Bu səfər bir daha Gürcüstan ilə Azərbaycan arasında mövcud olan mehriban qonşuluq və dostluq münasibətlərini nümayiş etdirir”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycanda səfərdə olan Gürcüstan prezidenti Salome Zurabişvili deyib.
Xanım Zurabişvili Azərbaycanın böyük tarixi şəxsiyyətini - Əli bəy Hüseynzadəni xatırlayaraq bunları deyib:
“O, Azərbaycanın “Türkləşmə, islamlaşma və avropalaşma” adlı dirçəliş proqramının müəllifidir. Biz gürcülər üçün isə belə qəhrəman İlya Çavçavadzedir. O, “Vətən, dil, din” kəlamını bizim milli şüarımıza çevirərək avropalaşma ideyasını təbliğ edirdi. Gürcülər və azərbaycanlılar azadlığa və dövlət quruculuğuna gedən yolu birlikdə keçiblər. Bu yol bu gün artıq bizim ümumi məqsədlərimizi müəyyən edir”.
Son xəbərlər
Son Xəbərlər