“Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, ölkə başçısını hava limanında Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan qarşılayıb. İrəvan beynəlxalq hava limanında rəsmi qarşılanma mərasimindən sonra Gürcüstan prezidenti nümayəndələri ilə birgə Prezident sarayına yollanıb. Gürcüstan prezideni səfər zamanı "erməni soyqırımı" abidəsini də ziyarət edib.