Gürcüstan Prezidenti müxalifətçini əfv edəcək

gurcustan-prezidenti-muxalifetcini-efv-edecek
Oxunma sayı: 1210

Gürcüstan Prezidenti Salome Zurabişvili müxalif “Mtavari" telekanalının həmsahibi Georgi Ruruanın əfv edilməsi barədə aktı gələn həftənin əvvəlində imzalayacaq.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə hakim partiyanın nümayəndəsi, deputat Şalva Papuaşvili bildirib.

“Aprelin 27-də, gələn həftə müxalifətin iştirakı ilə amnistiya haqqında qanun qəbul ediləcək, bundan sonra Prezident dərhal Ruruanın əfv edilməsi barədə akt imzalayacaq”, - “Sputnik Gürcüstan” Papuaşvilinin sözlərini sitata gətirir.

Daha əvvəl S.Zurabişvili bildirmişdi ki, hakimiyyətlə müxalifətin siyasi böhrandan çıxmaq üçün saziş imzalayacağı halda Ruruanı əfv edəcək.

Georgi Rurua