SalamNews-un Gruziya Online-a istinadən verdiyi xəbərə görə, Gürcüstan Prezident Administrasiyasının mətbuat xidmətinin məlumatına əsasən, G.Marüvelaşvili Bakıda Prezident İlham Əliyevlə görüşəcək və bəyanatla çıxış edəcəklər.
O, Azərbaycanın Baş naziri Artur Rəsi-zadə və Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək, fevralın 13-də Qaxa gedəcək. Burada onun etnik gürcü əhali ilə görüşü planlaşdırılır.
G.Marqvelaşvili ilə birgə Azərbaycana səfər edəcək Gürcüstan nümayəndə heyətinin tərkibinə parlament icmalarının üzvləri, Təhlükəsizlik Şurasının katibi, Prezident Administrasiyasının rəhbəri və prezidentin xarici münasibətlər üzrə katibi daxildir.
Nümayəndə heyəti fevralın 13-də Tiflisə qayıdacaq.
Son xəbərlər
Son Xəbərlər