Gürcüstan prezidenti Rusiya ilə dialoq aparmaq istəyir

gurcustan-prezidenti-rusiya-ile-dialoq-aparmaq-isteyir
Oxunma sayı: 1101

“Gürcüstan Rusiya ilə danışıqlara hazırdır”.

“Qafqazinfo” xarici KİV-ə isitnadən xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili deyib. O, Rusiya ilə dialoqa hazır olduqlarını deyib:

“Nə vaxt ki, ölkədə işğal edilmiş ərazilər kimi problemlər var, bunun həlli üçün iki yol mövcuddur: birincisi hərbi yoldur ki, biz bundan imtina etmişik. İkincisi isə diplomatiya və danışıqlar yoludur. Mümkün deyil ki, gürcüstan bu yoldan istifadə etməsin və özünə qapansın”.

Xatırladaq ki, 2 gün əvvəl BMT Baş Assambleyasının iclası çərçivəsində Rusiya və Gürcüstan XİN rəhbərlərinin görüşü olmuşdu.