Gürcüstan prezidenti sərhəddəki gərginliklə bağlı bəyanat yaydı

Gürcüstan prezidenti sərhəddəki gərginliklə bağlı bəyanat yaydı
Oxunma sayı: 8198

Gürcüstan Prezidenti Salome Zurabişvili 12-13 iyul tarixində Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı qarşıdurma ilə bağlı narahatlığını bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstanın Prezident Administrasiyasının bəyanatında deyilir:

“Bu gün biz hamımız birlikdə görünməz düşmənə qarşı vuruşarkən beynəlxalq həmrəyliyin və qlobal sabitliyin qorunması böyük məna kəsb edir. Gürcüstanın, eləcə də dost və tərəfdaş ölkələrimiz Azərbaycan və Ermənistanın gələcək inkişafı baxımından regionumuzda sülh və təhlükəsizlik vacibdir”.

Zurabişvili lazımi tədbirlərin vaxtında görüləcəyinə və sülh danışıqları yolu ilə vəziyyətin daha da gərginləşməsinin qarşısının alınacağına ümid etdiyini bildirib.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi