Gürcüstan prezidenti Yerevanda “soyqırımı” abidəsini ziyarət etdi - Fotolar

gurcustan-prezidenti-yerevanda-soyqirimi-abidesini-ziyaret-etdi
Oxunma sayı: 1829

Gürcüstan prezidenti Salome Zurabişvili Ermənistanda rəsmi səfərdədir. “Qafqazinfo”nun “Sputnik Ermənistana”a istinadən verdiyi xəbərə görə, Ermənistan prezidenti Armen Sarkisyanın dəvəti ilə Yerevana gedən Zurabişvilini vitse-prezident Tiqran Avinyan qarşılayıb.

Gürcüstanın beşinci prezidenti səfərə qondarma erməni soyqırımı abidəsini ziyarət etməklə başlayıb.

Gürcüstan nümayəndə heyətinin tərkibinə ədliyyə naziri Tea Tsulukiani, vitse-spiker Qiya Volskiy və digər yüksək vəzifəli şəxslər daxildir. 

S. Zurabişvili səfər çərçivəsində prezident Armen Sarkisyan, baş nazir Nikol Paşinyan, spiker Ararat Mirzoyan və katolikos II Qareginlə görüşəcək.