Gürcüstan prezidentinin Ermənistana səfər tarixi açıqlandı

gurcustan-prezidentinin-ermenistana-sefer-tarixi-aciqlandi
Oxunma sayı: 935

Gürcüstan prezidenti Salome Zurabişvilinin Ermənistana səfər tarixi müəyyənləşib. “Qafqazinfo”nun “Sputnik Gürcüstan”a istinadən xəbərinə görə, Prezident Administrasiyasından bildirilib ki, o, martın 13-də Yerevana gedəcək. 

Bu, Zurabişvilinin dövlət başçısı rütbəsində Ermənistana ilk səfəri olacaq.

Qeyd edək ki, S.Zurabişvili 27-28 fevral tarixlərində Azərbaycanda səfərdə olub.