Gürcüstan quru sərhədlərini açmağı planlaşdırır

Gürcüstan quru sərhədlərini açmağı planlaşdırır
Oxunma sayı: 3365

"Gürcüstan hökuməti koronavirusun üçüncü dalğasından sonra quru sərhədləri açmağı planlaşdırır". 

"Qafqazinfo" xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkənin quru sərhədləri koronavirusun 3-cü dalğasının sonlarına yaxın açıla bilər. Bu məsələ növbəti bir neçə həftə ərzində müzakirə olunacaq:

“Quru sərhədlərin açılması planlaşdırılır, lakin bu koronavirusun üçüncü dalğasının tamamlanması ilə üst-üstə düşməlidir. Məsələ, yəqin ki, növbəti bir neçə həftənin mövzusu olacaq".