Gürcüstan Rusiya və Ermənistana gedən əsas yolu bağladı

gurcustan-rusiya-ve-ermenistana-geden-esas-yolu-bagladi
Oxunma sayı: 3240

Gürcüstan güclü qar səbəbindən Mtsxeta-Stepantsmind-Lars beynəlxalq magistral yolunu bağlayıb.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bununla da ölkəni Rusiya və Ermənistanla birləşdirən əsas yol bir müddət hərəkətə bağlı olacaq.

Regionların inkişafı və infrastrukturu nazirliyindən verilən məlumata görə, yol sürücülərin görmə məsafəsinin azalması səbəbindən və qarın yağması dayananadək bağlı olacaq.