Gürcüstan Rusiya vətəndaşlarını sərhəddən geri qaytardı

gurcustan-rusiya-vetendaslarini-serhedden-geri-qaytardi
Oxunma sayı: 2663

Ermənistandan Rusiyaya quru yolu ilə qayıtmaq istəyən Rusiya vətəndaşları Gürcüstan sərhədindən geri qaytarılıb.

“Qafqazinfo”xəbər verir ki bu barədə Rusiyanın Ermənistandakı səfirliyi açıqlama yayıb.

Açıqlamada vətəndaşlara Rusiyaya qayıtmaq üçün hava yolundan istifadə etmələri tövsiyə edilib.

Qeyd edək ki, Gürcüstan hökuməti martın 16-dan etibarən bütün xarici vətəndaşların ölkəyə girişini iki həftə müddətinə dayandırıb.