Gürcüstan-Rusiya yolu bağlandı, gömrükçülər təxliyə edildi

gurcustan-rusiya-yolu-baglandi-gomrukculer-texliye-edildi
Oxunma sayı: 7013

Gürcüstandan Rusiyaya gedən yol hər iki istiqamətdə bütün nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb. 

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, qar uçqunu səbəbindən beynəlxalq əhəmiyyətli Mtskheta-Stepantsminda-Lars avtomobil yolunun Qudauri-Kobi hissəsində hərəkət dayandırılıb. 

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə isə, Gürcüstan-Rusiya sərhədində “Daryal” gömrük-sərhəd buraxılış məntəqəsinin bütün əməkdaşları təxliyə edilib. Buna səbəb isə Devdoraki çayında suyun səviyyəsinin artması olub. Vəziyyətlə tanış olmaq üçün sərhəd polisinin helikopteri əraziyə göndərilib.