Gürcüstan Rusiyanı Abxaziyadan qoşunlarını çıxarmağa çağırdı

gurcustan-rusiyani-abxaziyadan-qosunlarini-cixarmaga-cagirdi
Oxunma sayı: 4552

“Rusiya-Gürcüstan müharibəsindən 14 il sonra Moskva Gürcüstanın işğal olunmuş ərazilərində – Abxaziya və Cənubi Osetiyada qanunsuz nəzarətini genişləndirməkdə davam edir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstan XİN-in avqustun 7-də Avqust müharibəsinin 14-cü ildönümü ilə bağlı yaydığı bəyanatında deyilir.

Qeyd olunur ki, Rusiya Avropa İttifaqının vasitəçiliyi ilə 12 avqust 2008-ci il tarixli atəşkəs razılaşmasına əməl etmir.

Gürcüstan XİN RF-ni Gürcüstana qarşı qanunsuz və təxribatçı əməllərə son qoymağa, ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə, 2008-ci il razılaşması ilə bağlı öhdəlikləri yerinə yetirməyə, qoşunlarını Gürcüstandan çıxarmağa və işğal edilmiş rayonların müstəqilliyinin tanınması haqqında qanunsuz qərarını ləğv etməyə çağırıb.