Gürcüstan Rusiyaya yaşıl işıq yandırdı

gurcustan-rusiyaya-yasil-isiq-yandirdi
Oxunma sayı: 630

Qeyd edək ki, Gürcüstan Rusiyanın bu təşkilata üzvlüyünün qarşısını alan ölkə idi. Gürcüstan xarici işlər naziri Nino Kalandadzenin verdiyi məlumata görə, tərəflər razılığa Rusiyanın Gürcüstan tərəfinin irəli sürdüyü şərtləri qəbul etməsindən sonra gəlib. Belə ki, Rusiya İsveçrənin vasitəçiliyi ilə aparılan danışıqlarda Gürcüstanın irəli sürdüyü güzəştli şərtləri qəbul edib. Bu şərtlərə Gürcüstanın öz ərazisi hesab etdiyi Abxaziya və Cənubi Osetiya sərhədlərində daşınan yüklərin monitorinqi aiddir.

İndiyədək Gürcüstan tələb edirdi ki, sərhəddə gürcü sərhədçiləri olsun və yoxlamanı da onlar həyata keçirsinlər. Abxaziya və Cənubi Osetiyanı müstəqil ölkə kimi qəbul edən Moskva isə bu tələbi rədd edirdi. İndi razılığa görə, üç ticarət dəhlizi yaradılacaq və əmtəə mübadiləsini həyata keçirəcək beynəlxalq monitorinq təşkil ediləcək. Bu monitorinqi vasitəçi qismində çıxış edən İsveçrə təmin edəcək. Rusiya və Gürcüstan arasında məlumatların elektron mübadiləsinin bərpası da nəzərdə tutulur.