Gürcüstan Parlamentinin vitse-spikeri Mamuka Mdinaradze Saakaşvilinin Ukrayna Baş Nazirinin müavini vəzifəsinə namizədliyinə baxılmamasına görə Ukrayna deputatlarına təşəkkür edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Mdinaradze dünən keçirilən brifinq zamanı bildirib: “Mən Ali Radaya və həmkarlarımıza ehtiyatlılıq göstərdiklərinə və mövqeyimizi bölüşdüklərinə görə təşəkkür edirəm. Fakt budur ki, Ali Radada Saakaşvilinin sözügedən vəzifəyə namizədliyinə baxılmadı”.
Onun sözlərinə görə, Saakaşvilinin namizədliyinin təsdiqlənməməsinin əsas səbəblərindən biri də Gürcüstan tərəfinin Ukrayna hakimiyyətinə mürəciəti olub.
Qeyd edək ki, bu yaxınlarda M. Saakaşvili Zelenski tərəfindən ona təklif olunan Baş Nazirin islahatlar üzrə birinci müavini vəzifəsini qəbul etdiyini açıqlamışdı. Gürcüstan isə öz növbəsində eks-Prezidentin Ukrayna hökumətində vəzifəyə keçəcəyi təqdirdə Kiyevdəki səfirini geri çağıracağını bildirmişdi.
Son xəbərlər
Son Xəbərlər