Gürcüstan silkələndi

gurcustan-silkelendi
Oxunma sayı: 1548

Gürcüstanın qərbində zəlzələ baş verib.

“Qafqazinfo” gürcü KİV-nə istinadən xəbər verir ki, 4,6 bal gücündə təkanlar İmereti regionunun Xaraqauili qəsəbəsində qeydə alınıb. Zəlzələ ocağı qəsəbədən 8 kilometr qərbdə yerləşib. Xəsarət alanlar barədə məlumat yoxdur.