Gürcüstan Türkiyəyə məğlub oldu

gurcustan-turkiyeye-meglub-oldu
Oxunma sayı: 637

Azerisport.az xəbər verir ki, qardaş ölkə təmsilçisi digər qonşumuz olan Gürcüstan millisi ilə üz-üzə gəlib.

Rəqibini doğma meydanda qəbul edən “ay-ulduzlular” gözlənildiyi kimi qələbə qazanıblar. Abdullah Avcının komandası rəqib qapısında üç qol keçirməyə nail olublar. Timur Ketsbayanın yetirmələri isə buraxılan qollardan yalnız birinin əvəzini çıxa biliblər.

Yoldaşlıq oyunu
24 may

Türkiyə - Gürcüstan – 3:1
Qollar: Hamit Altıntop, 12, Nuri Şahin, 39, Selçuk İnan, 82 - David Tarqamadze, 51.