Gürcüstan uçuşlara qoyulan qadağanı bu tarixədək uzatdı

gurcustan-ucuslara-qoyulan-qadagani-bu-tarixedek-uzatdi
Oxunma sayı: 2042

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyi müntəzəm uçuşları 30 sentyabrdan 31 oktyabradək uzatmağa qərar verib.

“Qafqazinfo” “TASS”a isitnadən xəbər verir ki, bu barədə qurumun saytında deyilir:

“Beynəlxalq müntəzəm uçuşlara qoyulan məhdudiyyətlər oktyabrın 31-dək uzadıldı. Bu məhdudiyyət Tbilisi Beynəlxalq Hava limanı ilə Münhen, Paris və Riqa hava limanları arasındakı beynəlxalq uçuşlara şamil olunmayacaq”.

Xatırladaq ki, Gürcüstan avqustda Almaniya, Latviya və Fransa ilə birbaşa müntəzəm uçuşları bərpa edib. Həmin ölkələrdən Tbilisiyə uçuşları “Lufthansa”, “Air France” və “Air Baltic” aviaşirkətləri yerinə yetirir.

Qeyd edək ki, Gürcüstan digər ölkələrlə uçuşları pandemiya səbəbindən martın 21-dən təxirə salmışdı.