“Mixail Saakaşvili Ukraynada Baş Nazirin birinci müavini vəzifəsinə təyin olunacağı təqdirdə Gürcüstan Ukraynadakı səfirini geri çağıracaq”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstanın Baş Naziri Giorgi Qaxariya açıqlama verib. O bildirib ki, bu qərar rəsmi Tbilisi üçün qəbulolunmazdır.
“Ağır cinayətlərə görə məhkum edilmiş və axtarışda olan bir şəxsin strateji tərəfdaş sayılan bir ölkə tərəfindən Baş Nazirin birinci müavini vəzifəsinə təyin edilməsi bizim üçün qətiyyən qəbuledilməzdir. Əlbəttə ki, Gürcüstan bu addıma cavab verəcək. Hələ ki, səfiri geri çağırmamışıq, amma belə bir qərar qəbul olunarsa, əlbəttə ki, ən azından məsləhətləşmələr üçün səfiri geri çağıracağıq”,- deyə Baş Nazir qeyd edib.
Xatırladaq ki, Mixail Saakaşvilinin 2013-cü ildə Gürcüstanı tərk etməsindən sonra ona qarşı bir sıra cinayət işi açılmış və o ölkə daxilində axtarışa verilmişdi.
Son xəbərlər
Son Xəbərlər