Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiyanın qonadrma "Donetsk və Luqansk Xalq Respublikaları"nın ("DXR" və "LXR") müstəqilliyini tanımasını pisləyib və bunu 2008-ci ildə Abxaziya və Cənubi Osetiyanın tanınması ssenarisinin təkrarı adlandırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Zurabişvili Tvitterdə yazıb:
“Gürcüstan Rusiyanın Ukraynanın Donetsk və Luqansk vilayətlərini tanımasını pisləyir. Bu, 2008-ci ildəki ssenarinin təkrarıdır. Prezident Ukrayna Prezidenti Volodimir Zelenskinin yanındadır və Ukraynanın ərazi bütövlüyünü və sülhü dəstəkləyir”.
Son xəbərlər
Son Xəbərlər