Gürcüstanda vətəndaşlara koronavirus peyvəndinin tətbiqi prosesi mart ayında başlayacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin səhiyyə və sosial işlər naziri Yekaterina Tikaradze məlumat verib. O, bu il təxminən 1 milyon 700 min insana vaksin vurulacağını bildirib.
Gürcüstan Baş naziri Giorgi Qaxariya isə ilin sonuna qədər 60 faiz vətəndaşa peyvənd tətbiq ediləcəyini açıqlayıb.
İlkin mərhələdə yaşlılar, səhiyyə işçiləri və xroniki xəstələr vaksinasiya olunacaq.
Son xəbərlər
Son Xəbərlər