Gürcüstan və Ermənistanda güclü zəlzələ

gurcustan-ve-ermenistanda-guclu-zelzele
Oxunma sayı: 6301

Bu gün saat 22:30 radələrində Gürcüstanda güclü zəlzələ olub.

“Qafqazinfo” xəbər verir ki, yeraltı təkanlar azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsi ilə yanaşı, paytaxt Tbilisidə də hiss olunub.

Məlumata görə, zəlzələnin gücü təqribən 4,5-5 bal gücündə olub.

Yeraltı təkanlar Ermənistanda da hiss olunub. Belə ki, yeraltı təkanların Yerevan və Gümrüdə hiss olunduğu barədə məlumat yayılıb. Təxminən 5 bal gücündəki zəlzələdən sonra sakinlər evlərini tərk ediblər.