Gürcüstan və Ermənistanda koronavirusla bağlı son statistika

gurcustan-ve-ermenistanda-koronavirusla-bagli-son-statistika
Oxunma sayı: 1241

Gürcüstanda koronavirusa yoluxanların sayı daha 5 nəfər artaraq 652-yə çatıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstanda koronavirusla mübarizə çərçivəsində yaradılmış “Stopcov.ge” internet portalında məlumat verilib.

Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 1 nəfər artaraq 12-yə çatıb, 383 nəfər isə sağalaraq evinə buraxılıb.

Qeyd edək ki, Gürcüstanda martın 21-də elan edilən fövqəladə vəziyyət rejimi mayın 22-dək uzadılıb.

Ermənistanda koronavirusa yoluxanların sayı sutka ərzində daha 142 nəfər artaraq 3 860-a çatıb. Bu barədə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib.

Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 1 nəfər artaraq 49-a çatıb. Ümumilikdə 1 572  pasiyent müalicə olunaraq sağalıb.

2 218  xəstənin müalicəsi davam etdirilir, 36 016 insan isə koronavirus testindən keçib.

Qeyd edək ki, dünya üzrə isə 4 354 545 insan koronavirusa yoluxub, 293 033 nəfər vəfat edib.