Gürcüstanda koronavirusa yoluxanların sayı daha 8 nəfər artaraq 623-ə çatıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstanda koronavirusla mübarizə çərçivəsində yaradılmış “Stopcov.ge” internet portalında məlumat verilib.
Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 1 nəfər artaraq 10-a çatıb 288 nəfər isə sağalaraq evinə buraxılıb.
Qeyd edək ki, Gürcüstanda martın 21-də elan edilən fövqəladə vəziyyət rejimi mayın 22-dək uzadılıb
Ermənistanda isə son sutka ərzində koronavirusa yoluxanların sayı 3 mini ötüb.
Ölkədə koronavirusa yoluxanların sayı sutka ərzində daha 145 nəfər artaraq 3 029-a çatıb. Bu barədə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib.
Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 1 nəfər artaraq 43-ə çatıb. Ümumilikdə 1 218 pasiyent müalicə olunaraq sağalıb.
1 758 xəstənin müalicəsi davam etdirilir, 29 205 insan isə koronavirus testindən keçib.
Qeyd edək ki, Ermənistanda epidemiyaya görə aprelin 13-dən etibarən tətbiq olunan fövqəladə vəziyyət mayın 14-dək uzadılıb.
Son xəbərlər
Son Xəbərlər