Gürcüstan və Ermənistanda yoluxanların sayı artır

gurcustan-ve-ermenistanda-yoluxanlarin-sayi-artir
Oxunma sayı: 1218

Gürcüstanda koronavirusa yoluxanların sayı 408-ə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstanda koronavirusla mübarizə çərçivəsində yaradılmış “Stopcov.ge” internet portalında məlumat verilib.

Ölkə üzrə ümumilikdə 4 nəfər xəstəlik səbəbindən həyatını itirib, 95 nəfər isə sağalaraq evinə buraxılıb. Həmçinin 4 779 nəfər karantinə alınıb, 561 nəfər isə tibbi müşahidə altında saxlanılır.

Ermənistanda isə son 24 saatda koronavirusa yoluxanların sayı daha 62 nəfər artaraq 1 401-ə çatıb.

Bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzi açıqlama yayıb. Bildirilib ki, ötən gün ərzində virusdan ölənlərin sayı da daha 2 nəfər artaraq 24-ə çatıb, 609 pasiyent isə sağalaraq evinə buraxılıb.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə aprelin 13-dən etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi mayın 14-dək uzadılıb. Ölkəyə giriş-çıxış dayandırılıb, kütləvi tədbirlər qadağan edilib. İctimai nəqliyyatın fəaliyyətinə də qadağa qoyulub.