Gürcüstan vətəndaşı Bakıda öldü

gurcustan-vetendasi-bakida-oldu
Oxunma sayı: 1069

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, iyulun 12-də saat 21 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini Azad Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Gürcüstan vətəndaşı Qurban Məmmədovu vurub və Q.Məmmədov hadisə yerində ölüb. Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Murad Əhməd